Yanaşmamız
ƏMƏKDAŞLIQ MODELİ
İlk müzakirədən tətbiqə
aydın yol xəritəsi.
Hər mərhələdə nə ediləcəyini və nə əldə edəcəyinizi əvvəlcədən bilin. İşin əhatəsini müəssisənizin ehtiyacına uyğun razılaşdıraq.
- 01
Ehtiyacı dəqiqləşdiririk
Həll etmək istədiyiniz məsələni, biznes prioritetlərini və gözlənilən nəticəni dəqiqləşdiririk.
Sizin üçün nəticərazılaşdırılmış iş çərçivəsi və ilkin məlumat siyahısı.
- 02
Müşahidə edir və analitik təhlillər aparırıq
Məsələnin səbəblərini görmək üçün sənədləri, prosesləri və faktiki iş yükünü öyrənirik.
Sizin üçün nəticəmövcud vəziyyəti göstərən müşahidə və ölçmə bazası.
- 03
Həll modelini hazırlayırıq
Qərar verə bilməyiniz üçün hesablamaları, alternativləri və əsaslandırılmış təklifləri müqayisəli təqdim edirik.
Sizin üçün nəticəseçimləri müqayisə etməyə imkan verən izahlı hesabat.
- 04
Tətbiqə dəstək veririk
Razılaşdırılmış dəyişikliklər üçün prioritetləri və icra addımlarını müəyyənləşdirir, tətbiqə dəstək veririk.
Sizin üçün nəticəprioritetləri göstərilən tətbiq planı və icraya dəstək.
SUALLAR VƏ CAVABLAR
İlk addımınız
aydın olsun.
Uyğun xidmət, layihənin əhatəsi və ilk addım haqqında əsas suallarınızı cavablandıraq.
Sualınızı HRBP-yə ünvanlayın ↗Hansı xidmətin uyğun olduğunu bilmirəmsə? +
Həll etmək istədiyiniz məsələni qısaca yazın. İlk müzakirədə prioriteti və uyğun iş çərçivəsini birlikdə dəqiqləşdirək.
Qiymət və müddət necə müəyyən edilir? +
İşin əhatəsi, bölmələrin sayı, məlumatların vəziyyəti və müşahidə ehtiyacına əsasən. Təklifdən əvvəl bu məqamları razılaşdırırıq.
Optimallaşdırma yalnız işçi ixtisarı deməkdirmi? +
İş yükünə uyğun resurs bölgüsü əsasdır. Təhlil əlavə işçi ehtiyacını, funksiyaların yenidən bölgüsünü və növbə dəyişikliklərini də göstərə bilər.
Hazır məlumat bazası yoxdursa, başlaya bilərikmi? +
Əvvəlcə mövcud məlumatları qiymətləndirək. Çatışmayan məlumatların siyahısını və toplanma qaydasını birlikdə müəyyənləşdirək.
Təlimlər kimlər üçündür? +
HR mütəxəssisləri, HR Business Partnerlər, əməyin təşkili üzrə əməkdaşlar və rəhbərlər üçün. Proqram iştirakçıların hazırlığına uyğunlaşdırılır.
Layihə məlumatları necə qorunur? +
Müştəri məlumatlarına məxfi yanaşırıq. Məlumatlardan istifadə və giriş şərtlərini əməkdaşlığın əvvəlində razılaşdırırıq.