Peşəkar komanda və praktiki təcrübə
Çoxillik təcrübəni iş proseslərinin, əmək münasibətlərinin və resurs ehtiyaclarının qiymətləndirilməsinə yönəldirik.
HAQQIMIZDA / HR BUSINESS PARTNER MMC
HR Business Partner MMC (HRBP) insan resurslarının idarə edilməsi, əməyin təşkili və normalaşdırılması, işçi sayının optimallaşdırılması və biznes analitikası üzrə konsaltinq və korporativ təlim xidmətləri göstərir.
Çoxillik praktiki təcrübəyə malik peşəkar komandamız hər müəssisənin fəaliyyət xüsusiyyətlərinə və biznes məqsədlərinə uyğun həllər hazırlayır. Təcrübəni yerində müşahidə, analitik təhlil və WAMS aləti ilə birləşdirərək idarəetmə qərarları üçün əsaslandırılmış baza yaradırıq.
Məqsədimiz resurslardan səmərəli istifadəni dəstəkləmək, məsuliyyətləri aydınlaşdırmaq və müəssisənizdə sistemli HR idarəetməsini gücləndirməkdir.
NİYƏ HRBP İLƏ ƏMƏKDAŞLIQ?
Çoxillik təcrübəni iş proseslərinin, əmək münasibətlərinin və resurs ehtiyaclarının qiymətləndirilməsinə yönəldirik.
Fəaliyyət sahənizi, işin təşkilini və prioritetlərinizi nəzərə alır, tətbiq oluna bilən həllər hazırlayırıq.
Hesablamaların mənbələrini və fərziyyələrini izah edir, müştəri məlumatlarının məxfiliyinə diqqətlə yanaşırıq.